Bütün xəbərlər
Polşa Müdafiə Nazirliyi: Belarusla sərhəddəki hasar 25 saniyəyə aşıla bilər
Tarix: 26-06-2024 19:52 | Bölmə: Karusel

Polşa və Belarus sərhədindəki hasar 25 saniyəyə aşıla bilər, - Respublikanın Milli Müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "bu hasarın barmaqlıqlarını hərəkət etdirmək üçün iyirmi beş saniyə kifayətdir"- nazir ölkənin Seymində deyib.
Polşa bu yaxınlarda Belarusla sərhədində hasar çəkdi. Uzunluğu 186 km, hündürlüyü beş metrdir. Bu, Polşaya 400 milyon dollara başa gəlib. “RİA Novosti” xəbər verir ki, struktur müasir elektronika ilə təchiz edilib.
Hakimiyyət 2028-ci ilə qədər Rusiya Federasiyası və Belarusla sərhədin bölməsi boyunca müdafiə istehkam xəttinin tikintisini tamamilə başa çatdırmaq istəyir. Layihənin dəyəri (700 km, o cümlədən Belarusla 400 km) 2,5 milyard dollar qiymətləndirilir.


Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər