Bütün xəbərlər
Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb
Tarix: 26-06-2024 11:19 | Bölmə: Karusel

KXDR tərəfindən buraxılan raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb. Bu barədə NHK telekanalı Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
"Raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb", - məlumatda deyilir.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri öz növbəsində bildirib ki, buraxılış uğursuz ola bilərdi.
“Şimali Koreya Pxenyan ərazisindən Yapon dənizi istiqamətində naməlum ballistik raket buraxıb, lakin ehtimal ki, uğursuz alınıb”, - deyə, RİA Novosti hərbçilərə istinadən yazır.
Bundan əvvəl "Yonhap" agentliyi məlumat vermişdi ki, KXDR hərbçiləri Cənubi Koreya ilə sərhəddə hərbisizləşdirilmiş zonada tikinti işlərinə başlayıblar. Seul istisna etmir ki, Pxenyan demarkasiya xəttinin şimalında Berlin divarının analoqunu tikə bilər.


Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər