Bütün xəbərlər
Rusiya xəstəxanalarında 150-yə yaxın botulizm xəstəsi qalır, onlardan 44-ü süni nəfəs aparatındadır
Tarix: 26-06-2024 11:03 | Bölmə: Karusel

Çərşənbə günü səhərə olan məlumata görə, botulizm diaqnozu qoyulmuş 148 yetkin xəstə Rusiya xəstəxanalarındadır, onlardan 44-ü süni nəfəs aparatına qoşulub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Səhiyyə Nazirliyi rəhbərinin köməkçisi Aleksey Kuznetsov məlumat verib. Üçü uşaq olmaqla 232 nəfərin müalicəsi uğurla başa çatdırılaraq xəstəxanalardan buraxılıb. Kuznetsov əlavə edib ki, kütləvi zəhərlənmə qurbanlarının müalicə olunduğu xəstəxanalarda botulinum əleyhinə zərdab və digər zəruri dərmanlar kifayət qədərdir.
İyunun ortalarında Rusiyanın müxtəlif şəhərlərində bir neçə yüz nəfər botulizm diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlum olub ki, bütün zərərçəkənlər LokalKitchen MMC-dən ("Ərazidə mətbəx") vakuum qablaşdırmada lobyadan lobio və çatdırılma xidmətindən "Qastroport" MMC-dən tuna, lobya və alma ilə salat sifariş ediblər.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər