Bütün xəbərlər
Ölkədaxili hava nəqliyyatı üçün vergi güzəştləri 2028-ci ilə qədər uzadılacaq
Tarix: 26-06-2024 10:57 | Bölmə: Karusel

Rusiyanın baş naziri Mixail Mişustin ölkədaxili hava daşımaları üçün 2025-ci il yanvarın 1-də başa çatan vergi güzəştlərinin uzadılması barədə göstəriş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva hava qovşağının hava limanları vasitəsilə baqaj və sərnişinlərin daşınması üçün 10% əlavə dəyər vergisi (ƏDV) artıq qüvvədədir. Uzaq Şərq, Krım və Sevastopol hava limanları üçün tarif sıfırdır.
Nazirlər Kabinetinin məlumatına görə, Rusiya Federasiyası Hökumətinin sədri mövcud vergi güzəştlərinin daha üç il müddətinə uzadılması barədə göstəriş verib.
Bu güzəştlərin 2025-ci il yanvarın 1-dən sonra da qüvvədə qalması üçün Vergi Məcəlləsinə dəyişikliklər edilməlidir.
2022-ci illə müqayisədə 2023-cü ildə Rusiya Federasiyasında daxili uçuşların artımı 6,6% təşkil edib. Onun məlumatına görə, Rusiya aviaşirkətləri 2023-cü ilin sonuna 103 milyondan çox sərnişin daşıyıb.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər