Bütün xəbərlər
Mahaçqalanın mərkəzində atışma səsləri eşidilib
Tarix: 25-06-2024 23:58 | Bölmə: Karusel

Mahaçqalada təhlükəsizlik qüvvələri Universitet meydanına giriş və çıxışı mühasirəyə alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, şəhərin mərkəzində atəş səsləri eşidilib.
Telegram kanallarında işıqları sayrışan polis maşınlarını əks etdirən kadrlar yayılır. Şəhərin Leninski rayonunun rəhbərliyi yerli sakinləri evlərini tərk etməməyə çağırır.
Hakimiyyət qeyd edir ki, hüquq-mühafizə orqanları Hacıyev və Korkmasova küçələri ərazisində tədbirlər həyata keçirir və buna görə də yerli əhalidən bu ərazini tərk etməyi xahiş edirlər.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər