Bütün xəbərlər
Yakutiyada meşə yanğınları 500 min hektardan çox ərazini bürüyüb
Tarix: 25-06-2024 12:11 | Bölmə: Karusel

Yakutiyada meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət qüvvədə qalır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Yakutiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, “Hava Meşə Mühafizəsi Xidmətinin operativ məlumatlarına görə, respublikada 544 min hektardan çox yanğın əhatə edən ərazidə 175 təbii yanğın baş verib.
Bundan başqa, son 24 saat ərzində yanğınların söndürülməsinə 1318 nəfər canlı qüvvə və 91 texnika cəlb olunub.
Qeyd olunur ki, meşə yanğınları ilə bağlı ən çətin vəziyyət Yakutiyanın doqquz rayonunda, əsasən də regionun şimal hissəsində inkişaf edir.
Dörd gün əvvəl respublika ərazisində ümumi sahəsi 297 min hektardan çox olan 138 yanğın hadisəsi baş verib.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər