Bütün xəbərlər
Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Donetskdə 24 mindən çox abonent işıqsız qalıb
Tarix: 24-06-2024 11:39 | Bölmə: Karusel

Donetskin Petrovski rayonunda iyunun 23-ü axşam saatlarında Ukrayna Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində 24500 abonent işıqsız qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şəhər meri Aleksey Kulemzinin Telegram kanalında verdiyi məlumata görə, iki təchizat stansiyası və 180 transformator yarımstansiyası enerjisizləşdirilib.
Əvvəllər bildirilirdi ki, iyunun 22-də düşmənin Donetsk və Qorlovkaya kütləvi hücumları zamanı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
İyunun 24-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Qrayvoron şəhərinə hücumu zamanı 3 dinc sakin yaralanıb.


Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər