Bütün xəbərlər
Mahaçqalada iki silahlı saxlanılıb
Tarix: 23-06-2024 23:03 | Bölmə: Karusel

Dağıstanda silsilə hücumlarda iştirak edən iki silahlı Mahaçqalada saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar turistlərin arasında gizlənməyə çalışıblar, lakin polis onların şəxsiyyətini müəyyən edib saxlaya bilib, "İnterfaks" agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazır.
Xatırladaq ki, iyunun 23-də Dərbənd və Mahaçqalada terror aktları baş verib. Naməlum şəxslər iki pravoslav kilsəsini, sinaqoqu və yol polisi postunu atəşə tutub.
Son məlumatlara görə, hər iki şəhərdə hələ də atışma səsləri eşidilir. Hücum zamanı 6 polisin öldüyü, 12-nin yaralandığı məlum olub.


Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər