Bütün xəbərlər
Ukrayna Silahlı Qüvvələrinin Sevastopola hücumu zamanı Maqadan merinin müavininin doqquz yaşlı qızı həlak olub
Tarix: 23-06-2024 18:05 | Bölmə: Karusel

Ukrayna Silahlı Qüvvələrinin Sevastopol şəhərinə raket hücumu nəticəsində həlak olanlar arasında Maqadan merinin müavini Oleq Averyanovun doqquz yaşlı qızı Sofiya da var.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Yuri Qrişan öz Telegram kanalında məlumat verib.
Hücum zamanı qız valideynləri ilə birlikdə sahildə olub.
"Oleq Vladimiroviçə, onun həyat yoldaşına, qızın ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verirəm", - deyə, Maqadan rəhbəri yazıb.
İyunun 23-də günortadan sonra Ukrayna silahlı qüvvələri Amerikanın kaset başlıqlı ATACMS raketləri ilə Sevastopola hücum edib. Qara dəniz üzərində 4 hava hədəfi vurulub, beşinci raket uçuş yolundan çıxıb və şəhərin üzərində partlayıb. Raket parçaları Üçkuevka və Lyubimovka mikrorayonlarının sahil zonasına düşüb.
Üç nəfər ölüb - bir qadın və iki uşaq. Uşaq Ombudsmanı Mariya Lvova-Belova bildirib ki, 124 nəfər yaralanıb, o cümlədən 27 uşaq, onlardan beşinin vəziyyəti ağırdır, həkimlər həyatları üçün mübarizə aparırlar. İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər