Bütün xəbərlər
Gürcüstan millisi AVRO-2024-də Çexiya yığması ilə heç-heçə oynayıb
Tarix: 22-06-2024 22:43 | Bölmə: Karusel

Gürcüstan millisi Avropa çempionatının qrup mərhələsinin ikinci turunda Çexiya yığması ilə heç-heçə oynayıb - 1:1. Görüş Hamburqda baş tutub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hesabı birinci hissənin lap sonlarında penaltini dəqiq yerinə yetirən gürcü hücumçu Georges Mikautadze açıb. Çexlərin heyətində 59-cu dəqiqədə hücumçu Patrik Şik fərqlənib.
F qrupunda Türkiyə və Portuqaliyanın hərəyə üç xalı, Çexiya və Gürcüstanın isə hərəyə bir xalı var. Türkiyə və Portuqaliya ikinci tur oyununu şənbə günü keçirəcək.
Qrup mərhələsinin final oyununda gürcü futbolçular iyunun 26-da portuqallarla, həmin gün çexlər isə türklərlə qarşılaşacaq.


Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər