Bütün xəbərlər
Rusiya və Azərbaycan milli valyutalara keçid üzərində işləyir
Tarix: 22-06-2024 17:32 | Bölmə: Karusel

Moskva və Bakı ticarət hesablaşmaları üçün milli valyutalara keçidlə bağlı danışıqlar aparır.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu məlumatı Beynəlxalq Əlaqələr Şurasının baş direktoru İvan Timofeyev səsləndirib.
Onun sözlərinə görə, ABŞ-ın Moskva birjasına sanksiyalar tətbiq etməsindən sonra manat və rubldan istifadə məsələsi kəskinləşib. Ekspertin qeyd etdiyi kimi, məhdudiyyətlər səbəbindən ödənişdə problemlər yaranıb.
“Danışıqlar fəal şəkildə aparılır, ödənişlərdə milli valyutalara keçid imkanları araşdırılır”, – RİA Novosti-yə bildirib.
Bu arada Qərbin sanksiyaları artıq Rusiya üçün ABŞ dollarının monopoliyasının azalmasına səbəb olub. Dost ölkələrlə ticarət dövriyyəsi artır, yerli istehsalçılar yeni bazarlara çıxır.
Heç bir iqtisadi çöküş yoxdur və gözlənilmir.


Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər