Bütün xəbərlər
Polşada müxalifət Aİ-nin miqrasiya paktından çıxmaqla bağlı referenduma hazırlaşır
Tarix: 22-06-2024 17:25 | Bölmə: Karusel

Polşa müxalifəti Nazirlər Kabinetindən birtərəfli qaydada Aİ-nin miqrasiya paktından çıxmasını tələb edib və bu məsələ ilə bağlı referendum keçirməyə hazırlaşır.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sentyabr ayından etibarən Aİ-nin miqrasiya paktından çıxmaq məsələsi ilə bağlı referendum üçün imzalar toplanacaq, Polşanın ən böyük müxalifət partiyasının rəhbəri Yaroslav Kaçinski partiyanın X sosial şəbəkəsindəki rəsmi profilinə istinadən bildirib.
Avropa İttifaqı may ayında nəhayət üçüncü ölkələrdən miqrantların qəbulu qaydalarını sərtləşdirən islahatı təsdiqləyib. Təxminən on ildir ki, işlərdə olan Miqrasiya və Sığınacaq Paktı bir sıra yeni qaydalar, o cümlədən xarici sərhədlərdə nəzarətin gücləndirilməsi, sığınacaq sorğularının daha sürətli işlənməsi və uyğun olmayanların daha effektiv şəkildə çıxarılmasını ehtiva edir. Bundan əlavə, islahat miqrantların müxtəlif Aİ ölkələri arasında “ədalətli” bölgüsünü nəzərdə tutur ki, bu da öz növbəsində qeyri-qanuni mühacir axını ilə üzləşmiş “birinci xətt” ölkələrinin yükünü azaltmağa kömək etməlidir.


Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər