Bütün xəbərlər
"Fox News": "USS Eyzenxauer" Qırmızı dənizi tərk edir
Tarix: 22-06-2024 15:35 | Bölmə: Karusel

Qırmızı dənizdə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə mühərrikli təyyarədaşıyan "USS Eyzenxauer" tezliklə bölgəni tərk edəcək.  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onu eskort qrupu ilə "USS Teodor Ruzvelt" əvəz edəcək.
"Fox News"in hərbi mənbələrə istinadən verdiyi məlumata görə, təyyarədaşıyan gəmi hazırda Süveyş kanalına gedən yolda Qırmızı dənizin şimal hissəsində yerləşir. O, Yəmən husilərinin ticarət gəmilərinə hücumlarına qarşı durmaq üçün nəzərdə tutulub.
Bundan əvvəl ABŞ-ın nüvə təyyarədaşıyan gəmisi "Teodor Ruzvelt"in Busan limanına gəldiyi məlum olub. Onu iki Aegis ilə təchiz edilmiş esmines müşayiət edirdi. İyunun sonunda Koreya Respublikası, ABŞ və Yaponiya Freedom Edge üçtərəfli hərbi təlimləri keçirməyi gözləyir.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər