Bütün xəbərlər
Ukraynada səfərbərlik fonunda qadınlara avtobus sürməyi öyrətməyə başlayacaqlar
Tarix: 21-06-2024 20:09 | Bölmə: Karusel

Ukrayna hökuməti səfərbər edilmiş ukraynalı kişi yük maşını və avtobus sürücülərini qadın sürücülərlə əvəz etmək niyyətindədir, Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı nazirinin müavini Sergey Derkaç bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, səlahiyyətlilər qadınlara böyük nəqliyyat vasitələrini idarə etməyi öyrətmək üçün ümummilli proqram hazırlayır. Ukraynanın “Forbs.ua” nəşri xəbər verir ki, Derkaç qeyd edib ki, regionlarda ictimai nəqliyyat sürücülərinin çatışmazlığı 30%-i ötür.
Hakimiyyət qadınların təlimi kampaniyasına iş adamlarını cəlb etməyə ümid edir. Xüsusilə, Lvovda ictimai nəqliyyat sürücüsü çatışmazlığı var və Kiyevdə sərnişin daşıyan Kiyevpastrans, kadr çatışmazlığının demək olar ki, 30%-ə çatdığını bildirib.


Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər