Bütün xəbərlər
"WorldSkills Russia" şirkətinin baş direktoru Urazov dələduzluqda şübhəli bilinərək saxlanılıb
Tarix: 20-06-2024 23:06 | Bölmə: Karusel

“WorldSkills Russia” Peşə və Bacarıqların İnkişafı Agentliyinin baş direktoru Robert Urazov Moskvada saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinir.
İstintaq Urazovun iyulun 20-dək həbs olunması tələbi ilə Zamoskvoretski məhkəməsinə müraciət edib, RİA Novosti yazır.
Agentliyin inzibati direktoru Danir Muxametzyanovun artıq həbsdə olduğu dəqiqləşir.
Xatırladaq ki, Rusiya beynəlxalq "WorldSkills" hərəkatına 2012-ci ildə qoşulub. Təşkilatın məqsədləri: peşə seçimində köməklik, istehsal mədəniyyətinin formalaşdırılması, sosial liftlərin yaradılması.


Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər