Bütün xəbərlər
Rumıniya Ukraynaya daha bir “Patriot” hava hücumundan müdafiə sistemi təhvil verəcək
Tarix: 20-06-2024 17:29 | Bölmə: Karusel


Rumıniya prezident administrasiyasının mətbuat xidməti bildirib ki, ölkənin Ali Müdafiə Şurası “Patriot” hava hücumundan müdafiə sisteminin Ukraynaya verilməsini təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bəyanata görə, bu qərar Ukraynada təhlükəsizlik vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi nəzərə alınaraq qəbul edilib.
Bundan əvvəl məlum olub ki, ABŞ Ukraynanı ilk növbədə hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün Avropa ölkələri üçün “Patriot” zenit-raket komplekslərinin istehsalı sifarişlərini dayandıracaq.
Ötən həftə Amerika lideri Co Bayden demişdi ki, beş ölkə Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemi və digər sistemlər verməyə razılaşıb.


Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər