Bütün xəbərlər
Aİ-nin Rusiya Federasiyasına qarşı 14-cü sanksiyalar paketi daimi nümayəndələr səviyyəsində razılaşdırılıb
Tarix: 20-06-2024 12:54 | Bölmə: Karusel

İyunun 20-də Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu məlumatı Belçika sədrliyi yayıb.
Toplananlar bütün mümkün boşluqları bağlayaraq, Moskvaya qarşı mövcud məhdudiyyətləri gücləndirmək barədə razılığa gəliblər. İştirak edənlər də yeni məhdudiyyətlərin tətbiqini təsdiqləyiblər.
"Bütün fikir ayrılıqları aradan qaldırılıb. Güclü sanksiyalar paketi indicə razılaşdırılıb", - bəyanatda deyilir.
Hazırda yeni sanksiyaların 20 fiziki və 22 hüquqi şəxsə şamil ediləcəyi məlumdur. Sənəd layihəsi helium ixracını və Rusiyanın müəyyən ikili istifadə texnologiyalarına çıxışını məhdudlaşdıran müddəaları ehtiva edir.


Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər