Bütün xəbərlər
Qeyri-qanuni mühacirlərə atəş açan Polşa əsgərləri xidmətə qaytarılıb
Tarix: 19-06-2024 22:42 | Bölmə: Karusel

Polşa prokurorluğu Polşa-Belarus sərhədində qanunsuz miqrantlara atəş açan hərbçilərin vəzifədən kənarlaşdırılmasını dayandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əsgərlər xidmətə qaytarılacaq və istintaq zamanı 50% azaldılan maaşları bərpa olunacaq. Amma bir müddət komandirlərinin nəzarəti altında qalacaqlar.
RİA Novosti xatırladır ki, 1-ci Varşava Zirehli Briqadasının hərbçiləri ilə insident Belarusla sərhəddə baş verib. Əsgərlər özünümüdafiə məqsədilə içəri keçən qeyri-qanuni mühacirlərin qarşısında əvvəlcə havaya, sonra isə yerə atəş açıb. Onlar insanların həyat və sağlamlığına təhlükə törətməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunublar.
Bu davranışı Dubice-Tserkevene yaxınlığında baş vermiş insidentlə izah etmək olar, mayın sonunda qeyri-qanuni mühacirlərdən biri əsgərin qarnından ağır bıçaq yarası vurmuşdu. Həkimlərin bütün səylərinə baxmayaraq, bir neçə gün sonra polşalı əsgər xəstəxanada dünyasını dəyişib.


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər