Bütün xəbərlər
Dağıstanda ildırım vurması nəticəsində çoban və 50-dən çox qoyun ölüb
Tarix: 19-06-2024 17:17 | Bölmə: Karusel

Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qayana Qariyeva məlumat verib ki, respublikanın Noqay rayonunda bir çoban və əllidən çox qoyun ildırım vurması nəticəsində ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “bu, bədbəxt hadisə kimi qeydə alınıb, heç bir cinayət tərkibi yoxdur”, - Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri qeyd edib.
Hadisə rayonun Şumlı-Ölik kəndi kənarında baş verib. İldırım vuran zaman kişi telefonla danışıb.
Koktyubinski kənd sovetinin rəhbərliyi bildirib ki, mərhumun 5 övladı qalıb.
Bundan əvvəl Xasavyurt-Tlox yolunun 95-ci kilometrliyində qəzanın baş verdiyi bildirilirdi. Bir yük maşını sürücüsü qoyun sürüsünə girərək 97 heyvanı öldürüb.


Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər