Bütün xəbərlər
Türkiyə Rusiyaya Moskvada terror aktının qarşısını almağa kömək etdi
Tarix: 18-06-2024 11:01 | Bölmə: Karusel

Türkiyə kəşfiyyat xidmətləri Rusiya tərəfini "Crocus City Hall"a hücumdan sonra Moskvada növbəti terror aktı hazırlanacağı barədə xəbərdar edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Türkiyənin “Hürriyet” nəşrinin məlumatına görə, terror təşkilatı insanların sıx olduğu ticarət mərkəzinə hücum təşkil etmək istəyib, lakin Türkiyənin sayəsində faciənin qarşısı alınıb.
Qəzet iddia edir ki, Rusiyada qadağan olunmuş terror qruplaşmasının silahlıları “Krokus”dan sonra ikinci terror aktını həyata keçirməyə hazırlaşırmış. Türkiyə xüsusi xidmət orqanları daha əvvəl İstanbulda Müqəddəs Məryəm Katolik Kilsəsinə hücum etmiş yerli terror qruplaşmasının fəaliyyətini uzun müddətdir izləyirdi. İş üzrə aparılan istintaq çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfəri dindirib, daha sonra onlar rusiyalı həmkarları ilə əlaqə saxlayıblar.
Xatırladaq ki, martın 22-də Moskva yaxınlığındakı “Krokus”da silahlı terrorçular insanlara atəş açıb, bundan sonra binada yanğın başlayıb. Faciə 145 nəfərin həyatına son qoyub, 500-dən çox insan yaralanıb.Terror aktı ilə bağlı işin avqust ayından gec olmayaraq məhkəməyə veriləcəyi məlumdur.


Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər