Bütün xəbərlər
Orel merinin birinci müavini Vadim Niçiporov saxlanılıb
Tarix: 17-06-2024 22:24 | Bölmə: Karusel

Oreldə hüquq-mühafizə orqanlarının əməkdaşları şəhər merinin birinci müavini Vadim Niçiporovu saxlayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, daşıma sahəsində qanuni sahibkarlıq fəaliyyətinə maneələr yaratmaqda şübhəli bilinir.
“Orel şəhərinin birinci vitse-meri Vadim Niçiporov bu gün səhər saatlarında saxlanılıb”, - deyə, RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.
Onun sözlərinə görə, sahibkarlar Niçiporovdan şikayət ediblər. Bildiriblər ki, əvvəllər ona “patronaj” üçün pul veriblər və o, onların işinə qarışmayıb, pul verməyi dayandırandan sonra vitse-mer onların biznesinə əngəllər yaratmağa başlayıb.
Bu gün Şərqi Sibir Dəmir Yolunun rəhbərinin İrkutskda külli miqdarda rüşvətə görə həbs edildiyi məlum olub.
Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları Voronej Dövlət Universitetinin rektorunu rüşvət üstündə həbs ediblər.


Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər