Bütün xəbərlər
Çexiyanın Libava poliqonunda planlı istehkamçı təlimi zamanı partlayış baş verib
Tarix: 17-06-2024 20:09 | Bölmə: Karusel

Çexiyanın şərqindəki hərbi poliqonda istehkamçıların təlimi zamanı döyüş sursatı partlayışı baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sursatın növü göstərilməyib. Partlayış dərslərin keçirildiyi kraterdə olub. İstintaq davam edir, RİA Novosti xəbər verir.
Fövqəladə hadisə bazar ertəsi baş verib. Səkkiz nəfər yaralanıb, bir nəfər ölüb. Hərbi polis sözçüsü bildirib ki, ölənlər arasında əcnəbi yoxdur.
Libau hərbi poliqonu 1949-cu ildən ordunun istifadəsindədir. Sahəsi 200 kvadrat kilometrdən çoxdur. Orada çexlərlə yanaşı, ukraynalı hərbçilər də hazırlanır.
Hazırda Çexiyanın təşəbbüsü ilə Ukrayna üçün mərmilərin alınması proqramı həyata keçirilir. Bu təşəbbüsün donor ölkələri arasında Almaniya, Kanada, Hollandiya və Danimarka var. Ukrayna Çexiyanın təşəbbüsü ilə ilk mərmiləri iyunda ala bilər.


Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər