13:19 / 22-06-2024
İki uşaq kanalda boğulub
Bütün xəbərlər
Veteran İlyas Kazıxanov 101 yaşında dünyasını dəyişib
Tarix: 15-06-2024 16:24 | Bölmə: Karusel

Mahaçqala şəhərinin meri Yusup Umavov məlumat verib ki, Böyük Vətən Müharibəsi veteranı İlyas Kazıxanov 101 yaşında dünyasını dəyişib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "bu gün bizə kədərli xəbər gəldi: Böyük Vətən Müharibəsi veteranı İlyas Batırxanoviç Kazıxanov 101 yaşında dünyasını dəyişdi", - Umavov Telegram-da yazıb: "Bütün ailə və dostlara səbr və güc diləyirəm."
Umavov Kazıxanovun əsl dağlı, cəbhəçi, Vətəni faşizmdən azad edən hərbçi kimi layiqli ömür sürdüyünü, onun həyat hekayəsinin uzun müddət gələcək nəsillər üçün örnək olacağını vurğulayıb.
Xatırladaq ki, Döyüşlərdə iştirakına görə Kazıxanov iki “Hərbi xidmətlərə görə”, iki 1-ci dərəcəli Vətən Müharibəsi ordeni, “Qırmızı Ulduz” ordeni və 20-dən çox medalla təltif edilib.


Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər