13:19 / 22-06-2024
İki uşaq kanalda boğulub
Bütün xəbərlər
"An-26" Yamalda sərt eniş etdikdən sonra iki hissəyə bölünüb
Tarix: 14-06-2024 23:27 | Bölmə: Karusel

Rusiya Federasiyası Mərkəzi Regionlararası Nəqliyyat Administrasiyasının hadisə yerindən yayımladığı fotoşəkillərə görə, Yamala sərt eniş edən UTair aviaşirkətinin təyyarəsi ciddi zədələnib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "An-26-100" təyyarəsi Sabettadan Utrennı kəndinə çarter reysini yerinə yetirirdi, lakin pis hava şəraiti - duman və güclü külək səbəbindən aerodromun iki kilometrliyinə çata bilməyib. Eniş zamanı təyyarə əslində iki hissəyə bölünüb.
Sərnişin və iki ekipaj üzvü göyərmiş xəsarətlər alıb və onlara hadisə yerində tibbi yardım göstərilib.
Hazırda müstəntiqlər hadisənin baş vermə şəraitini araşdırır.


Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər