14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Litva sovet əsgərlərinin dəfnlərinin köçürülməsinə icazə verdi
Tarix: 14-06-2024 11:13 | Bölmə: Karusel

Dəfnlərin “totalitar simvol” kimi tanınması halında onların qoruyucu statusu ləğv edilir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Litva parlamenti sovet əsgərlərinin dəfn yerlərinin başqa yerlərə köçürülməsi imkanlarına dair düzəlişləri təsdiqləyib. Bu barədə TASS məlumat yayıb.
Qəbul edilmiş sənəddə deyilir: “Bu cür dəfnlər totalitar, avtoritar rejimləri və onların ideologiyasını təbliğ edən kimi tanınsa, onlara mühafizə tətbiq edilməyəcək”.
Bu və ya digər obyektin “totalitar simvol” olub-olmamasına idarələrarası komissiya qərar verəcək.
Bundan əvvəl Litva parlamenti hərbi xidmət haqqında qanunun yeni redaksiyasını təsdiqləyib. 2026-cı ildən bütün məktəb məzunları hərbi xidmət keçməlidir.



Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər