Bütün xəbərlər
Husilər üç ticarət gəmisinə hücum etdiklərini bildiriblər
Tarix: 14-06-2024 11:01 | Bölmə: Karusel

Yəmən husiləri gəmilərə hücumlarını davam etdirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər üç ticarət gəmisinə - "Verbena", "SeaGuardian" və "Athina"ya hücum ediblər. Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya “Al Masirah” telekanalında bildirib.
O, “Verbena” yük gəmisinin raketlərlə vurulduğunu və göyərtəsində yanğının baş verdiyini izah edib. Hücum zamanı gəmi Ərəbistan dənizində olub. “SeaGuardian” və “Athina” neft tankerləri Qırmızı dənizdə dronların hücumuna məruz qalıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) husilərin Ədən körfəzinə iki gəmi əleyhinə qanadlı raket atdığını bildirib. Hər iki raket Ukraynaya məxsus, Palau bayrağı altında üzən “Verbena” yük gəmisinə düşüb. Bir dənizçi yaralanıb.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər