Bütün xəbərlər
"Borussiya" Terziçin baş məşqçi postundan istefa verdiyini açıqlayıb
Tarix: 13-06-2024 16:19 | Bölmə: Karusel

"Borussiya Dortmund" futbol klubunun mətbuat xidməti Edinin baş məşqçi postundan getdiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Terziç klubdan dərhal müqaviləni ləğv etməyi xahiş edib. "Borussiya" məşqçinin tələbini yerinə yetirib", - komandanın açıqlamasında deyilir.
Terziç 2022-ci ilin yayında "Borussiya"nı çalışdıracaq. Dortmundlular onun rəhbərliyi altında bütün turnirlərdə 96 oyunda iştirak edib, 55 qələbə qazanıb, 21 məğlubiyyət alıb və 20 dəfə heç-heçə edib.
Ötən mövsüm “qara-sarılar” Çempionlar Liqasının finalına yüksəlib və burada “Real Madrid”ə uduzub.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər