Bütün xəbərlər
Husilər İraq İslami Müqaviməti ilə Aşdod və Hayfaya hücum etdiklərini bildiriblər
Tarix: 13-06-2024 10:27 | Bölmə: Karusel

Yəmənli husilər İraqın İslami Müqaviməti ilə birlikdə İsrailə qarşı hərbi əməliyyatlar həyata keçirdiklərini bildiriblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Yəmən silahlı qüvvələri İraq İslam Müqaviməti ilə birgə iki hərbi əməliyyat keçirib”, - TASS Husilərin sözçüsü Yəhya Sariyadan sitat gətirib.
O, ilk əməliyyat zamanı Aşdoddakı hədəfə qanadlı raket hücumu edildiyini dəqiqləşdirib. İkinci əməliyyatda Hayfada bir hədəf pilotsuz təyyarələrlə hücuma məruz qalıb.
Bundan əvvəl husilər İsrailin Eylat şəhərində hərbi hədəfə hücum etdiklərini bildiriblər.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər