Bütün xəbərlər
Dəniz pilotsuz təyyarəsi Qırmızı dənizdə Yunanıstan gəmisini vurub
Tarix: 12-06-2024 19:07 | Bölmə: Karusel

Britaniyanın təhlükəsizlik şirkəti Ambrey bildirib ki, Yunanıstana məxsus ticarət gəmisi Qırmızı dənizdə pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Liberiya bayrağı altında üzən “Təpçi” Yəmənin Hodeyda limanından təxminən 126 kilometr cənub-qərbdə eyni vaxtda hava və dəniz hücumu ilə vurulub. Müşahidəçilər iddia edirlər ki, yaxınlıqda təxminən 5-7 metr uzunluğunda ağ rəngli pilotsuz qayıq görünüb və o, sürətlə Hindistana gedən yük gəmisinin arxa hissəsinə çırpılıb. Eyni zamanda hava hücumu da təşkil edilib.
Tələfat və ya xəsarət alan olmayıb, gəmiyə hansı ziyan dəyib? "Reuters" mənbələri iddia edir ki, su maşın otağına daxil olub.
Hücuma görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib, lakin bütün əlamətlər Yəmən sahillərinin çox hissəsini nəzarətdə saxlayan və Qəzza zolağında həyata keçirdiyi əməliyyata görə İsraildən qisas almaq istəyən Ənsar Allah hərəkatına işarə edir.


Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər