20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Krımda Zelenskinin müttəfiqinin ailəsinin mənzili milliləşdirilib
Tarix: 12-06-2024 08:45 | Bölmə: Karusel

Ukrayna prezidenti Vladimir Zelenskinin müttəfiqi, siyasətçi və oliqarx Vitali Xomutinnikin ailəsinin Krımın Livadiya kəndindəki mənzili milliləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Krım parlamentinin rəhbəri Vladimir Konstantinov RİA Novosti-yə bildirib ki, “Son qərarla Xomutinnikin qohumlarının adına qeydiyyatda olan mənzil və bir sıra digər obyektlər milliləşdirilib.
O qeyd edib ki, söhbət Livadiyadakı evdən gedir, burada da əvvəllər Zelenskinin mənzili milliləşdirilib.
Konstantinov əlavə edib ki, Rusiya Federasiyasına qarşı qeyri-dost hərəkətlər edən şəxslərin hədəflərinin müəyyən edilməsi istiqamətində işlər davam etdiriləcək.



Baxış sayı: 234


Bölməyə aid digər xəbərlər