Bütün xəbərlər
Xilasedicilər Malavi vitse-prezidentinin təyyarə qəzasında öldüyünü bildiriblər
Tarix: 11-06-2024 12:18 | Bölmə: Karusel

Çərşənbə axşamı xilasedicilər Malavi vitse-prezidenti Saulos Çilimanın və onu müşayiət edən 9 nəfərin olduğu qəzaya uğramış təyyarənin fraqmentlərini aşkar ediblər, heç kim sağ qalmayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Keniyanın Capital FM radiostansiyası təyyarənin fraqmentlərinin təyyarənin radarlardan itməsindən təxminən bir gün sonra aşkar edildiyini qeyd edərək, "Çilimanın və təyyarənin göyərtəsində olan 9 nəfərin ölümü təsdiqləndi" deyib.
Malavi Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə iyunun 10-da səhər saatlarında ölkənin paytaxtı Lilonqvedən havaya qalxdıqdan sonra radarlardan itib.
Hadisə ilə bağlı məlumat yayıldıqdan sonra dövlət başçısı Lazarus Çakvera Baham adalarına planlaşdırdığı səfərini ləğv edib.
Çilima ilk dəfə 2014-cü ilin yazında Malavinin vitse-prezidenti postunu tutub. 2020-ci ildə o, ikinci dəfə and içib.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər