20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Yaponiyanın Aiçi prefekturasında 40 mindən çox ev işıqsız qalıb
Tarix: 11-06-2024 09:53 | Bölmə: Karusel

Yaponiyanın Aiçi prefekturasında 40 mindən çox ev işıqsız qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisənin səbəbi hələlik açıqlanmayıb.
Fövqəladə vəziyyət barədə Chubu Electric Power enerji şirkətinə istinadən NHK telekanalı məlumat yayıb. Qeyd edildiyi kimi, çərşənbə axşamı, iyunun 11-i günorta saatlarında Toyohaşi şəhərində böyük bir ərazidə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Son məlumatlara görə, 40 mindən çox ev elektriksiz qalıb. Mütəxəssislər qəzanın səbəbini müəyyənləşdirirlər.



Baxış sayı: 231


Bölməyə aid digər xəbərlər