Bütün xəbərlər
“Rossiya 24” telekanalının operatoru Borisov mina partlayışından sonra uğurlu əməliyyat keçirib
Tarix: 10-06-2024 21:20 | Bölmə: Karusel


Belqorod Şebekinoda Ukrayna Silahlı Qüvvələrinin mina partlaması nəticəsində yaralanan “Rossiya 24” telekanalının operatoru Yaroslav Borisov uğurla əməliyyat olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, VGTRK əməkdaşının vəziyyəti stabil qiymətləndirilir.
Xatırladaq ki, fövqəladə hadisə Ukrayna Silahlı Qüvvələrinin səhər hücumundan sonra ərazidə partlamamış hərbi sursatların olub-olmamasını yoxlayan istehkamçıların işi zamanı baş verib. Daha sonra ukraynalı yaraqlılar pilotsuz uçan aparatdan partlayıcı əşyalar atıb, nəticədə 3 mülki şəxs yaralanıb.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər