Bütün xəbərlər
İldırım vurması nəticəsində iki sərhədçi həlak olub
Tarix: 09-06-2024 12:51 | Bölmə: Karusel

Azərbaycanın cənubunda iki sərhədçi ildırım vurması nəticəsində həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidməti məlumat yayıb.
Hadisə Dövlət Sərhəd Qoşunlarının Lənkəran sərhəd dəstəsinin ərazisində baş verib. Rəsmi məlumata görə, xidmətdə olan mayor Baxış Baxışlı və əsgər Əli Nağıyev ildırım vurması nəticəsində həlak olublar.
Hazırda hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalar davam etdirilir.



Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər
29-06-2025, 10:27 Alovlanan katamaran batıb