Bütün xəbərlər
Bir təyyarə digərini vurub
Tarix: 08-06-2024 17:32 | Bölmə: Karusel

Pulkovo hava limanında iki təyyarə toqquşub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə şəxsi təyyarələrdən biri yedəyə alınarkən baş verib.
Bu barədə RİA Novosti məlumat yayıb. “Şəxsi təyyarə hava limanının əməkdaşı tərəfindən yedəyə alınarkən təyyarəyə çırpılıb... Hər iki tərəfə cüzi ziyan dəyib”, - deyə, məlumatda bildirilir.
Toqquşma ilə bağlı daxili araşdırma başlanıb. Hava limanının özü də normal rejimdə işləməyə davam edir. Qeyd olunur ki, hava limanı bütün lazımi texniki dəstəyi təmin edir və təmir işlərinin pulunu ödəyir.



Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər