Bütün xəbərlər
Sudan Xartumda Rusiya hərbi dəniz bazasının tikilməsi məsələsinə qayıtmaq istəyir
Tarix: 07-06-2024 21:23 | Bölmə: Karusel

Sudan Xartumda Rusiya Hərbi Dəniz Qüvvələri bazasının tikilməsi məsələsinə qayıtmağa icazə verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu cümə günü ölkənin keçid dövrünün suveren şurasının sədr müavini Malik Ağar Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) çıxışı zamanı deyib.
“Biz bu məsələni müzakirə etmək prosesindəyik” deyib, “iki ölkə arasında mövcud razılaşma bazanın yaradılmasından gedir”.
Eyni zamanda, regionun digər ölkələrinin də fikirlərini nəzərə almaq vacibdir, deyə, Ağar əlavə edib.
Bundan əvvəl bildirilmişdi ki, Sudan hakimiyyəti İrana ölkədə hərbi dəniz bazası tikməkdən imtina edib.



Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər