Bütün xəbərlər
Kirbi: "Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Kubaya səfəri ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratmır"
Tarix: 07-06-2024 10:07 | Bölmə: Karusel

ABŞ Rusiya gəmilərinin Kubaya səfərini izləyir, lakin bu hadisəni öz milli təhlükəsizliyinə təhdid kimi görmür.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərindən ibarət dəstənin Kubaya səfəri ilə bağlı ABŞ üçün mümkün təhlükənin qiymətləndirilməsini Ağ Evin sözçüsü Con Kirbi CNN telekanalının efirində bildirib.
“Biz onları yaxından izləyəcəyik... Biz bu hadisənin milli təhlükəsizliyimizə təhdid yaradacağını gözləmirik”, - RİA Novosti Kirbidən sitat gətirir.
İyunun 6-da Kuba Xarici İşlər Nazirliyi iyunun 12-dən 17-dək Rusiya hərbi-dəniz gəmilərinin bir dəstəsinin rəsmi səfərini elan edib. “Admiral Qorşkov” freqatı və “Kazan” atom sualtı qayığı da daxil olmaqla dörd gəminin Havana limanına gəlməsi gözlənilir.
Havana vurğulayıb ki, Rusiya gəmilərinin səfəri Rusiya Federasiyası ilə Kuba arasındakı dostluq münasibətlərinə uyğundur və beynəlxalq qaydalara ciddi şəkildə əməl edir. Rusiya gəmiləri nüvə silahı daşımır və onların qalması region üçün təhlükə yaratmır.



Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər