Bütün xəbərlər
Kamçatkada “Vityaz-Avto” balıqçılıq zavodu yanır
Tarix: 07-06-2024 09:10 | Bölmə: Karusel

Kamçatkada “Vityaz-Avto” balıqçılıq zavodunda yanğın baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə barədə Ust-Bolşeretski rayonunun rəhbəri Kirill Volkov məlumat verib.
Qeyd edildiyi kimi, yanğın zavodun cənub hissəsində baş verib. Səbəbləri barədə hələ ki, heç bir söz yoxdur. Yanğının söndürülməsində 12 nəfər və iki texnika iştirak edir.
Bütün insanlar zavod binasından özbaşına təxliyə edilib. Bir nəfər dəm qazından zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. RİA Novosti xəbər verir ki, həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.
Regional hakimiyyət orqanlarının məlumatına görə, yanğının ümumi sahəsi 3 min kvadratmetr təşkil edib.



Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər