Bütün xəbərlər
Moskvada hərbi məlumat toplamaqda şübhəli bilinən fransız saxlanılıb
Tarix: 06-06-2024 16:35 | Bölmə: Karusel

Moskvada Fransa vətəndaşı Rusiya Federasiyasının hərbi-texniki fəaliyyəti sahəsində məlumat toplamaqda şübhəli bilinərək saxlanılıb, İstintaq Komitəsinin paytaxt şöbəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, beşinci respublikanın vətəndaşı, görüntülərdən də göründüyü kimi, Moskva kafesində saxlanılıb, sonra onu dindirməyə aparıblar. Müstəntiqlərin fikrincə, o, bir neçə il ərzində “xarici agentlərin reyestrinə daxil edilmək üçün zəruri olan” sənədləri təqdim etməyib, eyni zamanda məqsədyönlü şəkildə Rusiya Federasiyasının hərbi və hərbi-texniki fəaliyyəti sahəsində məlumat toplayıb.
Əməliyyat məlumatlarına görə, o, dəfələrlə Rusiya ərazisinə, o cümlədən Moskvaya səfər edib, burada Rusiya vətəndaşları ilə görüşlər keçirib.
İstintaq Komitəsinin qeyd etdiyi kimi, toplanmış məlumatlar dövlətin təhlükəsizliyinə qarşı istifadə oluna biləcəyi üçün məhbusu beş ilədək həbs cəzası gözləyir.
Saxlanılan şəxsə qarşı hələlik ittiham irəli sürülməyib; yaxın günlərdə barəsində həbs-qətimkan tədbiri seçiləcək.



Baxış sayı: 220


Bölməyə aid digər xəbərlər