Bütün xəbərlər
Yerli alabay 4 nəfərə hücum edib
Tarix: 06-06-2024 14:07 | Bölmə: Karusel

Buryatiyanın Qusinozersk şəhərində ev heyvanı güllələnib, 4 nəfər yaralanıb, respublikanın Selenginski rayon administrasiyası məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə iyunun 6-da səhər saat 07:30 radələrində (Moskva vaxtı ilə 02:30) Zaozernaya küçəsində baş verib. Köpəyi aqressiyaya nəyin sövq etdiyi açıqlanmır. Dörd zərərçəkən xəstəxanaya çatdırılıb, kömək göstərildikdən sonra üç nəfər evə buraxılıb, birinin vəziyyəti “cərrahi müdaxilə tələb edir”.
Heyvanın sahibi tez bir zamanda müəyyən edilsə də, tapmaq mümkün olmayıb. İt aqressiya göstərdiyi üçün polis onu güllələyib.
Faktla bağlı ibtidai araşdırma aparılır.



Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər