Bütün xəbərlər
Yəmən husiləri üç ticarət gəmisinə hücum edib
Tarix: 06-06-2024 09:15 | Bölmə: Karusel

Yəmən husiləri üç ticarət gəmisinə hücum etdiklərini bildiriblər.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yəmənin Ənsar Allah üsyançı hərəkatının husiləri "Roza", "Vantage Dream" və "Maersk Seletar" ticarət gəmilərinə hücum ediblər. Bu barədə TASS məlumat yayıb.
Husilərin sözçüsü Yəhya Sariyanın izah etdiyi kimi, üsyançılar Qırmızı dənizdə neft tankeri "Roza" və yük daşıyan "Vantage Dream" gəmisinə hücum edib, çünki hər iki gəmi “işğal olunmuş Fələstinin limanlarına keçid qadağasını pozub”. Ərəb dənizində “Maersk Seletar” konteyner gəmisi pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
Bundan əvvəl husilər Amerikanın təyyarədaşıyan gəmisinə hücum etmişdilər.



Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər