Bütün xəbərlər
Tümendə kilsəni yandıran şəxs həbs edilib
Tarix: 05-06-2024 13:57 | Bölmə: Karusel

Tümen sakini məbədi yandırmaqda ittiham edilərək iki ay müddətinə həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qərarı vilayət paytaxtının Mərkəzi Dairə Məhkəməsi verib, Tümen vilayətinin məhkəmə sisteminin birgə mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, iyunun 3-də 43 yaşlı Yuri Maşinski spirtli sərxoş vəziyyətdə Dmitri Donskoy kilsəsinin binasına yanar maye butulkasını atıb. Yanğın tez bir zamanda söndürülüb, hadisə nəticəsində tələfat olmayıb.
Həmin şəxs dərhal saxlanılıb, barəsində vandalizm və əmlakı qəsdən məhv etmə və ya zədələmə maddələri ilə cinayət işi açılıb.
Məhkəmənin qərarına əsasən, Maşinski ən azı avqustun 3-dək həbsdə qalacaq.



Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər