Bütün xəbərlər
İyunun 9-da Ermənistanda genişmiqyaslı etiraz aksiyası planlaşdırılır
Tarix: 04-06-2024 21:48 | Bölmə: Karusel

Arxiyepiskop Baqrat Qalstanyan İrəvanda böyük mitinq elan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının nümayəndəsinin sözlərinə görə, iyunun 9-na təyin edilib.
Qalstanyan ölkədə Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyalarına rəhbərlik edir. Mitinq Moskva vaxtı ilə saat 17:30-da Respublika meydanında baş tutacaq. Arxiyepiskop bu barədə iyunun 4-də tərəfdarlarına məlumat verib.
Bundan əlavə, o bəyan edib ki, hakimiyyəti dəyişmək mümkün olarsa, vəzifəsi cəmiyyətdə barışıq olacaq keçid hökuməti qurulacaq.
Paşinyan bir müddət əvvəl müxalifətin hərəkətlərindən danışıb. Siyasətçi Erməni Apostol Kilsəsini “təsir agenti” adlandırıb.



Baxış sayı: 220


Bölməyə aid digər xəbərlər