Bütün xəbərlər
Jukovun abidəsini zədələyən bacılar həbs edilib
Tarix: 04-06-2024 21:32 | Bölmə: Karusel

Moskvanın Tverskoy məhkəməsi SSRİ marşalı Georgi Jukovun abidəsinə GUR (Ukrayna Baş Kəşfiyyat İdarəsi) abbreviaturasını yazan iki bacını həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaqın məlumatına görə, Vera Nikolaeva və Anastasiya Lısenkova Moskvanın Manejnaya meydanındakı memorialın qarşısına gələrək, üzərində GUR abbreviaturasını sprey boya ilə boyayıblar. TASS bu barədə məhkəmənin mətbuat xidmətinə istinadən xəbər verir.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 243.4-cü maddəsinin 2-ci hissəsi ilə iş başlanıb. Müharibə abidəsinə ziyan vurduqlarına görə bacıları 5 ilə qədər həbs gözləyir.



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər