Bütün xəbərlər
Təyyarə Tokio Narita hava limanına məcburi eniş edib
Tarix: 04-06-2024 09:13 | Bölmə: Karusel

Amerikanın Polar Air Cargo nəqliyyat şirkətinin yük təyyarəsi Tokio Narita hava limanında məcburi eniş edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Yaponiya ictimai televiziyasının verdiyi məlumata görə, eniş zamanı təyyarənin mühərriklərindən birində yanğın görünüb. Təyyarə Naritadan havaya qalxıb və Los-Ancelesə uçmalı idi. İtkilər barədə məlumat verilmir.
Hazırda hava limanının uçuş-enmə zolaqlarından biri bağlıdır. Hadisənin baş vermə şəraiti aydınlaşdırılır, mütəxəssislər hadisə yerində işləyirlər.





Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər