Bütün xəbərlər
Tramp ABŞ-ın Almaniyadakı hərbi mövcudluğunu azaltmağı planlaşdırır
Tarix: 02-06-2024 21:23 | Bölmə: Karusel

Ağ Evin keçmiş rəhbəri Donald Tramp ehtimal olunan ABŞ prezidentliyinə seçildikdən sonra Almaniyadakı Amerika hərbi kontingentini ixtisar edəcəyinə söz verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sabiq prezidentin vurğuladığına görə, onun planlarına Amerika qoşunlarının Almaniyadan tam çıxarılması daxil deyil.
Tramp "Fox News" telekanalına müsahibəsində xəbərdarlıq edib: "Mən çoxlu insanı Almaniyadan çıxarardım. Onları çıxaracaqdım".
RİA Novosti xəbər verir ki, Vaşinqtonun Berlinlə əməkdaşlığı, prinsipcə, ABŞ prezidentliyinə namizədə yaraşır. Amerika ordusunun Almaniyada olması təhlükəsizliyi artırır və Almaniyanı ticarət məsələlərində daha çevik edir.



Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər