Bütün xəbərlər
Çerçesov Qazaxıstan millisinin baş məşqçisi postuna əsas namizəddir
Tarix: 02-06-2024 21:06 | Bölmə: Karusel

Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov Qazaxıstan millisinin baş məşqçisi postu üçün müraciət edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı mütəxəssis komandaya rəhbərlik etməyə əsas namizəddir.
Bu barədə Qazaxıstan Futbol Federasiyasının prezidenti Adalet Barmenkulov məlumat verib. “Bizim beş namizədimiz var, lakin onların arasında bir nömrəli Stanislav Salamoviç var”, - deyə, RİA Novosti onun “Biz artıq bazar ertəsi yekun qərarı verəcəyik” sözlərini sitat gətirir.
Xatırladaq ki, bundan əvvəl bu vəzifəni bir ay əvvəl tərk edən Maqomed Adiyev tutub. Bu, onun hazırda Rusiya Premyer Liqasında çıxış edən “Axmat Qroznı” klubunun yeni baş məşqçisi olması ilə bağlıdır.



Baxış sayı: 215


Bölməyə aid digər xəbərlər