20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
DPA: Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı İsveçrə sammitində iştirak etməyəcək
Tarix: 02-06-2024 18:13 | Bölmə: Karusel

İsveçrədə Ukrayna məsələsi ilə bağlı konfrans Səudiyyə Ərəbistanının iştirakı olmadan keçiriləcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölkənin hakimiyyət orqanları bu qərarı ona görə verib ki, orada Rusiya təmsilçiləri olmayacaq.
Bu barədə DPA agentliyi Ər-Riyaddakı diplomatik mənbələrinə istinadən məlumat yayıb. Agentlik qeyd edir ki, bir gün əvvəl, iyunun 1-də Ukrayna prezidenti Vladimir Zelenski sammitə dəstək qazanmaq üçün Səudiyyə Ərəbistanına səfər etmək niyyətində idi.
Lakin iyunun 15-16-da konfransın keçirilməsi planlaşdırılan İsveçrənin Bürgenstok şəhərinə Səudiyyə Ərəbistanı nümayəndələrinin gəlməməsi səbəbindən indi bu görüş ondan sonra baş tuta bilər. Tərəflər rəsmi görüşlərini təxirə salmalı olublar.



Baxış sayı: 222


Bölməyə aid digər xəbərlər