Bütün xəbərlər
Trampın TikTok hesabı 24 saatdan az müddətdə 1 milyon abunəçi qazanıb
Tarix: 02-06-2024 17:49 | Bölmə: Karusel

ABŞ-ın keçmiş prezidenti Donald Tramp TikTok-a imza atıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təsdiqlənmiş hesabının göründüyü vaxtdan bəri bir milyondan çox abunəçi ona abunə olub.
Tramp sosial şəbəkədə qeydiyyatdan keçdikdən sonra ilk video da yayımlanıb. Bu müddət ərzində video artıq 22 milyondan çox baxış toplayıb.
"Politico" qeyd edir ki, Trampın TikTok-da qeydiyyatdan keçməsi onun ABŞ prezident seçkiləri ərəfəsində yeni potensial seçiciləri cəlb etmək niyyəti ilə bağlıdır. Tramp onlara qarşı ambisiyalarını gizlətmir.
Beləliklə, Trampın səhifəsi indi abunəçilərin sayına görə ölkənin hazırkı prezidenti Cozef Baydeni geridə qoyub. ABŞ-ın hazırkı rəhbərinin TikTok-unu təxminən 335 min abunəçi izləyir.



Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər