Bütün xəbərlər
Neft emalı zavodunda baş verən yanğında azı iki nəfər ölüb
Tarix: 02-06-2024 17:10 | Bölmə: Karusel

Uxtada neft emalı zavodunda çənlərin yanması ilə bağlı cinayət işi açılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin regional şöbəsi ehtiyatsızlıqdan iki və daha çox insanın ölümünə səbəb olan təhlükəsizlik tələblərinin pozulmasına görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 217-ci maddəsinin 3-cü hissəsi ilə iş açıb.
İdarədən verilən məlumata görə, yanğın podratçı tərəfindən aparılan cari təmir işləri nəticəsində baş verib. Yanğın nəticəsində ölənlər də olub.
Müəssisənin mətbuat xidmətindən RİA Novosti-yə bildiriblər ki, fövqəladə vəziyyətə baxmayaraq, işlər adi qaydada davam edir.
Komi Respublikasının rəhbəri Vladimir Uyba neft emalı zavodunda baş verən yanğının PUA-nın zərbələri ilə bağlı olmadığını bildirib.



Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər